​BVF: Bu il Azərbaycanda iqtisadi artım 3,9% olacaq

​BVF: Bu il Azərbaycanda iqtisadi artım 3,9% olacaq İnflyasiya isə 2,5% səviyyəsində proqnozlaşdırılır
Maliyyə
29 Oktyabr , 2014 09:32
​BVF: Bu il Azərbaycanda iqtisadi artım 3,9% olacaq
Bakı. 29 oktyabr. REPORT.AZ/. Beynəlxalq Valyuta Fondu (BVF) oktyabrın 21-27-də Azərbaycanda olan missiyasını səfərin yekunlarına dair ölkənin makroiqtisadi proqnozları üzrə hesabatını açıqlayıb. “Report”un xəbər verdiyi kimi, hesabata əsasən, Azərbaycanda 2014-cü ildə iqtisadi artım 3,9%, gələn il 3,4% səviyyəsində gözlənilir. Qeyd edək ki, 2013-cü ildə iqtisadi artım 5,8% olub.

O cümlədən, qeyri-neft ÜDM-in artımı bu il 7,5%, gələn il 6,0% səviyyəsində proqnozlaşdırılır, neft ÜDM üzrə isə müvafiq olaraq 1,4% və 0,9% azalma gözlənilir.

Mütləq rəqəmlərdə ÜDM-in həcmi 2014-cü ildə 60,487 mlrd. manat, 2015-ci ildə 65,110 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.

Eyni zamanda, BVF Azərbaycanda bu ilin sonunda 2,5%, gələn il isə 4,0%-lik inflyasiya proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi