"Buta Sığorta" bu il 400 min manat mənfəət vergisi ödəyib

"Buta Sığorta" bu il 400 min manat mənfəət vergisi ödəyib Azərbaycanın ləğv olunan sığorta şirkəti yarımillik maliyyə göstəricilərini açıqlayıb
Maliyyə
9 Sentyabr , 2016 12:54
Buta Sığorta bu il 400 min manat mənfəət vergisi ödəyib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Hazırda ləğvetmə prosesində olan "Buta Sığorta" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 10,776 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 17,2% azdır.

Son 6 ayda "Buta Sığorta"nın cəmi kapitalı 21,6% artaraq 8,802 mln. manat, cəmi öhdəlikləri isə 65,8% azalaraq 10,776 mln. manat olub.

Hesabat dövründə Şirkətin gəlirləri 5,538 mln. manat, xərcləri 3,582 mln. manat təşkil edib. Son nəticədə "Buta Sığorta"nın maliyyə mənfəəti 1,956 mln. manat olub.

Şirkət bunun 391 min manatını mənfəət vergisi kimi ödəyib və ilin ilk yarısını 1,565 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Buta Sığorta" şirkəti 1996-cı ildə "Temz Sığorta Qrupu" ASC kimi fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib, bu ilin iyun ayında isə səhmdarlarının qərarı ilə sığorta bazarını tərk edib. Onun nizamnamə kapitalı 7,3 mln. manat olub. Bu məbləğ hər birinin nominal dəyəri 20 manat olan 365 min səhm əsasında formalaşıb. Səhmlərin 19%-i "Baku Electronics" MMC-yə, 19%-i "Bank of Baku" ASC-yə, 24%-i "Auto Azerbaijan" MMC-yə, 19%-i "Baku Service Company" MMC-yə, 19%-i isə "Qafqaz Lizinq" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi