Bugünkü valyuta hərracına daha 50 mln. dollar çıxarılır

Bugünkü valyuta hərracına daha 50 mln. dollar çıxarılır "Report": Sərt məzənnə hərəkətləri AMB tərəfindən bundan sonra da tənzimlənəcək
Maliyyə
3004
8 Aprel , 2016 09:35
Bugünkü valyuta hərracına daha 50 mln. dollar çıxarılır

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bugünkü valyuta hərracında valyuta satışı həyata keçirəcək. "Report" xəbər verir ki, AMB valyuta hərraclarına başladığı 2016-cı il yanvarın 13-dən etibarən ilk dəfə həftə ərzində 4 hərrac keçirir. Bu hərracların 2-si manat intervensiyası (aprelin 4-də və 6-da), 2-si isə dollar intervensiyası (aprelin 7-də və 8-də) məqsədi ilə təşkil olunub. Hərracda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 50 mln. dollarlıq vəsaiti satacağı planlaşdırılır.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin azalması mümkündür. Belə olacağı halda, məzənnənin 1,51 AZN/USD səviyyəsinə kimi azalması ehtimal edilir. 

"Satışa çıxarılan valyuta kütləsi tam həcmdə satılarsa, rəsmi məzənnə bir qədər artacaq, lakin 1,53 AZN/USD həddini üstələməyəcək", - deyə analitiklər qeyd edib. 

Ekspertlər bildiriblər ki, ümumiyyətlə, nağd dolların alış-satış məzənnəsinin azalma tendensiyası müşahidə olunur və yay aylarına doğru dollar təklifinin artması proqnozlaşdırılır: "Dolların məzənnəsinin 1,40 AZN/USD səviyyələrinə qədər enməsi ehtimal olunur. İstənilən vəziyyətdə kəskin məzənnə dəyişiklikləri Mərkəzi Bank tərəfindən intervensiyalar vasitəsi ilə bundan sonra da tənzimlənəcək".

Son xəbərlər

Orphus sistemi