Bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün dövlət büdcəsindən əlavə 9,1 milyon manatın ayrılması nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.