Büdcə zərfinin parlament komitələrinin birgə iclasında müzakirəsi davam etdirilir

Büdcə zərfinin parlament komitələrinin birgə iclasında müzakirəsi davam etdirilir Bu gün büdcə zərfi daha 5 komitənin birgə iclasında müzakirəyə çıxarılıb
Maliyyə
2 Dekabr , 2016 11:32
Büdcə zərfinin parlament komitələrinin birgə iclasında müzakirəsi davam etdirilir

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Milli Məclisdə Azərbaycanın 2017-ci il üçün büdcə zərfi İnsan hüquqları, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

"Report"un verdiyi xəbərə görə, büdcə zərfinə daxil olan layihələri maliyyə naziri Samir Şərifov təqdim edir.

Qeyd edək ki, layihələr komitələr tərəfindən təsdiq olunarsa, dekabrın 6-da, 7-də və 8-də parlamentin plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi