Bakı. 14 noyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,2 faiz artaraq 198,1 milyon manat təşkil edib.
“Report”
2018-ci ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 98 faizini ödəyib və 3,9 milyon manat kreditor borc yaranıb.
Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 98,2 faizindən istifadə edərək, 5 milyon manatlıq təbii qaza, 3,6 milyon manatlıq suya və 0,7 milyon manatlıq istilik enerjisinə qənaət edib.