Azərbaycanda iri quşçuluq müəssisəsi dövriyyə vəsaitlərini artıracaq

Azərbaycanda iri quşçuluq müəssisəsi dövriyyə vəsaitlərini artıracaq Bakı. 17 yanvar. REPORT.AZ/ 12 mart 2019-cu il saat 10.30-da “Siyəzən Broyler” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
17 Yanvar , 2019 09:24
Azərbaycanda iri quşçuluq müəssisəsi dövriyyə vəsaitlərini artıracaq

Bakı. 17 yanvar. REPORT.AZ/ 12 mart 2019-cu il saat 10.30-da “Siyəzən Broyler” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Şirkətdən “Report”a verilən məlumata görə, iclasda “Siyəzən Broyler”in illik və maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, ASC-nin dövriyyə vəsaitlərinin artırılması məsələsinə baxılacaq.

Bundan başqa, “Bank Avrasiya” və “Xalq Bank”da olan mövcud borc öhdəliklərinin bağlanması məqsədilə “Xalq Bank” ilə “Siyəzən Broyler” arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli saylı kredit müqaviləsi və 28 dekabr 2018-ci il tarixli saylı kredit xətti müqaviləsi üzrə kreditlərin verilməsi faktının təsdiq edilməsi, “Siyəzən Broyler” ASC tərəfindən götürülən və yuxarıda qeyd edilən kreditlərin təminatı kimi “Siyəzən Broyler” ASC-nin mülkiyyətində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən 279,0132 hektar torpaq sahəsinin 28 ədəd çıxarışının və Siyəzən rayonunda yerləşən, ümumi sahəsi 250 937,3 kvadratmetrlik əmlak kompleksi kimi müəssisənin müvafiq olaraq ipoteka və sonrakı ipoteka qoyulması faktının təsdiq edilməsi, müvafiq hüquqi şəxslərin “Xalq Bank”dan götürəcəyi kredit öhdəliklərinin icrasının təminatı qismində çıxış edəcək “Siyəzən Broyler” ASC-nin yuxarıda göstərilmiş əmlaklarının sonrakı ipoteka ilə yüklü edilməsi və avadanlıqlarının (qurğularının) girov qoyulması barədə “Siyəzən Broyler” ASC-nin Müşahidə Şurasının 20 dekabr 2018-ci il tarixli qərarı və digər məsələlər də müzakirə olunacaq.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Səhmdarlar ümumi yığıncağın materialları ilə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi