Azərbaycanda istehsal olunan energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilməyə başlanılır

Azərbaycanda istehsal olunan energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilməyə başlanılır Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.
Maliyyə
1816
1 Yanvar , 2019 12:00
Azərbaycanda istehsal olunan energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilməyə başlanılır

Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.

“Report” xəbər verir ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Sənəsə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılacaq.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Son xəbərlər

Orphus sistemi