Bu ilin ilk iki ayında Gürcüstan iqtisadiyyatı 4,8% artıb

Bu ilin ilk iki ayında Gürcüstan iqtisadiyyatı 4,8% artıb Ölkənin ixracı illik müqayisədə 27% artıb, milli valyuta isə 15%-ə yaxın möhkəmlənib
Maliyyə
144
30 Mart , 2017 15:32
Bu ilin ilk iki ayında Gürcüstan iqtisadiyyatı 4,8% artıb

Bakı. 30 mart. REPORT.AZ/ Gürcüstanda 2017-ci ilin yanvar-fevral aylarında ÜDM-in həcmi illik müqayisədə 4,8% artıb. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, keçən ilin analoji dövründə iqtisadi artım 1,7% olub. 

Yanvar ayında ÜDM 5,2%, fevralda isə 4,4% artım göstərib. Gürcüstan 2015-ci ildə 2,9% iqtisadi artım əldə etsə də, 2016-cı ildə ticarət partnyoru olan ölkələrdəki iqtisadi mühitin pisləşməsi səbəbindən artım tempi 2,2%-ə düşüb. Lakin, bu ilin ilk iki ayı ərzində ölkənin ixracı 2016-cı illə müqayisədə 27% artaraq 356 mln. ABŞ dollarına çatıb. Ticarət balansının kəsiri isə 16% artım göstərib. Ölkəyə pul köçürmələri 22% artaraq 178 mln. dollar təşkil edib. Larinin məzənnəsi isə 15%-ə yaxın möhkəmlənib.

Gürcüstan hökuməti 2017-ci ildə ölkə iqtisadiyyatının 4% artacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi