Bu ilin ilk 9 ayında vergi daxilolmaları 6%-dən çox artıb

Bu ilin ilk 9 ayında vergi daxilolmaları 6%-dən çox artıb Vergilər Nazirliyi bu ilin 9 ayı üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl edib
Maliyyə
7 Oktyabr , 2017 12:28
Bu ilin ilk 9 ayında vergi daxilolmaları 6%-dən çox artıb
Report

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 5 224 482 900 manat məbləğində vəsait ödənilib. Bu barədə “Report”a Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən məlumat verilib.

Məlumata görə, bu ötən ilin ilk 9 ayı ilə müqayisədə 298 297 900 manat yaxud 6,06% çoxdur.

Vergilər Nazirliyi bu ilin 9 ayı üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl edib.

Son xəbərlər

Orphus sistemi