Bu ilin ilk 4 ayında “Azərkosmos” 9 mln. dollarlıq xidmət ixrac edib

Bu ilin ilk 4 ayında “Azərkosmos” 9 mln. dollarlıq xidmət ixrac edib Bakı. 31 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi, MKT İstehsalat Kommersiya MMC, Baku Steel Company MMC, Aqrodoctor MMC, Metalçılar-2 MMC, Qala meyvə-tərəvəz ixracat idxalat MMC, Sun Food MMC, Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD MMC, Azərbaycan Şəkər İstehsalat Birliyi MMC və Gilan tekstil park MMC qərarlaşıb.
Maliyyə
31 May , 2018 14:29
Bu ilin ilk 4 ayında “Azərkosmos” 9 mln. dollarlıq xidmət ixrac edib
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Aqrodoctor" MMC, "Metalçılar-2" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, "Sun Food" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC və "Gilan tekstil park" MMC qərarlaşıb. 

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin may sayında deyilir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Det-al Alüminium" MMC, “CTS-Agro” MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, “Qaz ixrac idarəsi” və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC

"İcrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə peyk və telekommunikasiya xidməti ixrac edib və 9,3 mln. dollar gəlir əldə edib. Bu, onun 4 aylıq gəlirlərinin 89%-ni təşkil edib. Xüsusən də 2018-ci ilin aprel ayı “Azərkosmos” ASC üçün əlamətdar olub. Aprel ayında xidmət ixracın dəyəri 5,85 mln. dollar olub. Onun xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir. 

Son xəbərlər

Orphus sistemi