Bu ilin I rübündə Azərbaycanda cəmi 28 milyon manatlıq səhm və korporativ istiqraz qeydiyyata alınıb

Bu ilin I rübündə Azərbaycanda cəmi 28 milyon manatlıq səhm və korporativ istiqraz qeydiyyata alınıb Bu ilin yanvar-mart aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası 4 428,4 milyon manatlıq 46 qiymətli kağızı dövlət qeydiyyatına alıb.
Maliyyə
7 May , 2019 13:04
Bu ilin I rübündə Azərbaycanda cəmi 28 milyon manatlıq səhm və korporativ istiqraz qeydiyyata alınıb

Bu ilin yanvar-mart aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası 4 428,4 milyon manatlıq 46 qiymətli kağızı dövlət qeydiyyatına alıb.

“Report” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,8% çox və 21,7% azdır.

Hesabat dövründə 8,4 milyon manatlıq 30 səhm qeydiyyatdan keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 98,2% az və 2,3 dəfə çoxdur. Yeni səhmlərinin 3-ü və yaxud 2,5 milyon manatlıq hissəsi kredit təşkilatlarına, 27-si və yaxud 5,9 milyon manatlıq hissəsi digər təşkilatlara məxsus olub. Xatırladaq ki, ötən ilin eyni dövründə 4 kredit təşkilatı 317 milyon manatlıq, 1 sığorta şirkəti 4,6 milyon manatlıq, 8 digər təşkilat isə 135,3 milyon manatlıq səhmi qeydiyyata aldırıb.

Bu ilin I rübündə 20 milyon manatlıq 1 korporativ istiqraz da qeydiyyatdan keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 42,9% çox və 87,5% azdır. Yeni istiqraz qeyri-maliyyə təşkilatına məxsus olub. Xatırladaq ki, ötən ilin eyni dövründə 6 kredit təşkilatı 1 milyon manatlıq, 2 digər təşkilat isə 13 milyon manatlıq istiqrazı qeydiyyata aldırıb.

Üç ay ərzində qeydiyyata alınmış qiymətli kağızların 15-i və yaxud 4 400 milyon manatlıq hissəsi isə dövlət qurumlarına məxsus olub. Bu, illik müqayisədə müvafiq olaraq 25% və 35,4% çoxdur. Dövlətə məxsus qiymətli kağızların 2-si və 700 milyon manatlıq hissəsi Maliyyə Nazirliyinin (MN) istiqrazları, 13-ü və yaxud 3 700 milyon manatlıq hissəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) notları olub. Xatırladaq ki, ötən ilin eyni dövründə MN 900 milyon manatlıq 1 istiqrazı, AMB isə 2 350 milyon manatlıq 11 notu qeydiyyata aldırıb.

Bir il bundan əvvəl MN-ə məxsus 350 milyon manatlıq 3 veksel qeydiyyatdan keçirilsə də, bu ilin yanvar-mart aylarında nazirlik veksel buraxmağa qərar verməyib. 

Son xəbərlər

Orphus sistemi