Bu ilin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19% səviyyəsində müsbət saldo yaranıb

Bu ilin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19% səviyyəsində müsbət saldo yaranıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu ilin ilk doqquz ayında xarici ticarət balansında ÜDM-in, təxminən, 19% səviyyəsində müsbət saldo yaranıb.
Maliyyə
30 Oktyabr , 2018 11:24
Bu ilin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19% səviyyəsində müsbət saldo yaranıb
Elman Rüstəmov

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu ilin ilk doqquz ayında xarici ticarət balansında ÜDM-in, təxminən, 19% səviyyəsində müsbət saldo yaranıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

"Beynəlxalq konyuktur son 3 ayda da Azərbacan üçün əlverişli olaraq qalıb. Ümumilikdə, 9 ayda neftin orta qiyməti ötən ilin eyni dövrünə nəzərən 38%-ə yaxın artıb. Bu şəraitdə tədiyyə balansının profisiti artmaqda davam edir. 9 ayda xarici ticarət balansında ÜDM-in, təxminən, 19% səviyyəsində müsbət saldo yaranıb. Qeyri-neft ixracı illik 13% artıb”, - E.Rüstəmov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi