Bu il xarici vətəndaşlar Azərbaycanda 16 mindən çox şirkət yaradıb

Bu il xarici vətəndaşlar Azərbaycanda 16 mindən çox şirkət yaradıb Bu il sentyabrın 1-nə Azərbaycanda 16 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
Maliyyə
21 Sentyabr , 2021 12:30
Bu il xarici vətəndaşlar Azərbaycanda 16 mindən çox şirkət yaradıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 16 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bunlardan 10 982-nin fəaliyyəti aktivdir, 4 525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.

Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8 %-i Türkiyə, 11,6 %-i Gürcüstan, 10,5 %-i İran, 9,5 %-i Rusiya, 5,3 %-i Pakistan və 4,2 %-i Hindistan investisiyalı hüquqi şəxslərdir.

Son xəbərlər

Orphus sistemi