​Bu il Vergilər Nazirliyinə daxil olan müraciətlərin 70%-i müsbət həll olunub

​Bu il Vergilər Nazirliyinə daxil olan müraciətlərin 70%-i müsbət həll olunub Müraciətlərin 4%-i əsassız sayılıb
Maliyyə
9 Oktyabr , 2015 16:00
​Bu il Vergilər Nazirliyinə daxil olan müraciətlərin 70%-i müsbət həll olunub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vergi orqanlarına cəmi 66 708 müraciət daxil olub ki, onlardan da 96,5%-i ərizə, 3,4%-i şikayət və 0,1%-i təklifdir. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, müraciətlərin 39,0%-i kameral vergi yoxlamaları, 31,8%-i müxtəlif arayışların alınması, 7,2%-i vergi borcları, 2,3%-i vergidən yayınma, dividendlərin verilməsi və qanunsuz sahibkarlıq fəaliyyəti, 2,2%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti, 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 15,1%-i isə digər məsələlərlə bağlı olub.

Ümumilikdə, müraciətlərin 70,0%-i müsbət həll olunduğu, 23,1%-i üzrə müvafiq izahatlar verildiyi, 4,0%-i əsassız sayıldığı, 0,6%-i qismən həll olunduğu, 0,5%-i aidiyyəti üzrə göndərildiyi və 1,8%-nin isə icrada olsuğu deyilir.

Hesabat dövründə vergi orqanlarında 2 882 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib

Hesabat dövründə vergilər naziri tərəfindən Hacıqabul, Ağdam, Şabran, Qazax və Naftalan şəhərlərində vətəndaşların səyyar qəbulları keçirilib. Bu qəbullar zamanı edilən müraciətlər əsasən, vergi qanunvericiliyi və inzibatçılığı, vergi nəzarəti tədbirləri, güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, sosial sığorta ödənişləri və s. məsələlərlə bağlı olub. Hər bir müraciətə fərdi qaydada yanaşılaraq, qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi