Bu il sosial sığorta haqları üzrə daxilolmalar 19 %-dən çox artıb

Bu il sosial sığorta haqları üzrə daxilolmalar 19 %-dən çox artıb Bu ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 448,8 milyon manat təşkil edib
Maliyyə
7 May , 2022 14:55
Bu il sosial sığorta haqları üzrə daxilolmalar 19 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 448,8 milyon manat təşkil edib

"Report" İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 % və ya 234 milyon 348,9 min manat artıb, daxilolmalar üzrə proqnoz 136 milyon 693,4 min manatdan artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 % artaraq 912 milyon manat təşkil edib, proqnoz 119,8 % icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % artaraq 49,2 milyon manat olub, proqnoz 114,4 % icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 19,8 % artaraq 36,1 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 124,3 % icra olunub.

Son xəbərlər

Orphus sistemi