Bu il Rusiyada yaşayış minimumu 157 dollar olacaq

Bu il Rusiyada yaşayış minimumu 157 dollar olacaq Rusiya hökuməti 2021-ci il üçün yaşayış minimumunu 11 653 rubl (təxminən 157 ABŞ dolları) məbləğində müəyyən edib.
Maliyyə
9 Yanvar , 2021 16:40
Bu il Rusiyada yaşayış minimumu 157 dollar olacaq

Rusiya hökuməti 2021-ci il üçün yaşayış minimumunu 11 653 rubl (təxminən 157 ABŞ dolları) məbləğində müəyyən edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qonşu ölkənin baş naziri Mixail Mişustin fərman imzalayıb.

Fərmana əsasən, 2020-ci illə müqayisədə yaşayış minimumu 3,7 % artırılıb.

Bu il Rusiyada yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12 702 rubl (təxminən 171 ABŞ dolları), pensiyaçılar üçün 10 022 rubl (təxminən 135 ABŞ dolları), uşaqlar üçün 11 303 rubl (təxminən 153 ABŞ dolları) təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi