Bu il gömrük orqanlarının xətti ilə büdcəyə 446 mln. manat ödənilib

Bu il gömrük orqanlarının xətti ilə büdcəyə 446 mln. manat ödənilib
Maliyyə
6 Mart , 2018 13:11
Bu il gömrük orqanlarının xətti ilə büdcəyə 446 mln. manat ödənilib
Report

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 445,752 mln. manat təşkil edib.

“Report” Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% çoxdur.

Son ildə gömrük rüsumları üzrə daxilolmalar 20,2% artaraq 118,454 mln. manata, əlavə dəyər vergisi üzrə daxilolmalar 21,3% artaraq 308,71 mln. manata, aksizlər üzrə daxilolmalar 19,3% artaraq 13,171 mln. manata, yol vergisi üzrə daxilolmalar isə 10,3% artaraq 5,417 mln. manata çatıb.