Bu il ADB aşağı gəlirli ölkələrə 260 milyon dollar ayırmağı planlaşdırır

Bu il ADB aşağı gəlirli ölkələrə 260 milyon dollar ayırmağı planlaşdırır Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şürasının bu gün yeni koronavirus (COVID-19) pandemiyası şəraitində keçirilmiş ilk virtual illik toplantısında ADB-nin maliyyə hesabatlarını və 2019-cu il üzrə xalis mənfəətinin bölgüsünü təsdiqləyib.
Maliyyə
22 May , 2020 18:32
Bu il ADB aşağı gəlirli ölkələrə 260 milyon dollar ayırmağı planlaşdırır

Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şürasının bu gün yeni koronavirus (COVID-19) pandemiyası şəraitində keçirilmiş ilk virtual illik toplantısında ADB-nin maliyyə hesabatlarını və 2019-cu il üzrə xalis mənfəətinin bölgüsünü təsdiqləyib. 

Bu barədə “Report” Banka istinadən məlumat verir.

Bildirilir ki, bu təsdiq Rəhbərlər Şürasının 53-cü İllik Yığıncağının ilk mərhələsi olan rəhbərlər və ya ADB-nin 68 üzvündən təyin olunmuş nümayəndələri arasında keçirilən biznes-sessiya çərçivəsində baş tutub.

İllik Toplantının ikinci mərhələsi sentyabrın 16-21-də Koreyanın İnçeon şəhərində rəhbər şəxslər və başqa hökumət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin təmsilçiləri, gənclər, akademik və media nümayəndələrinin iştirakı ilə baş tutacaq.

"Bizim prioritetimiz inkişaf etməkdə olan üzv ölkələrə COVID ‐ 19 pandemiyası ilə qarşılaşdıqları zaman əhəmiyyətli dəstək vermək və davamlı iqtisadi inkişaf yoluna qaytarmaqdır. Sizin bu gün maliyyə hesabatlarını təsdiqlənməyiniz və xalis mənfəətin bölüşdürməyiniz bölgəmizdə milyonlarla insanın həyatına və iqtisadiyyatına təsir göstərən böyük problemlərin həlli üçün alətlər və maliyyə sabitliyimizə sahib olmağımızı təmin edir", - deyə ADB prezidenti Masatsugu Asakava yığıncaqdakı çıxışında bildirib.

"Bugünkü seçimlərimiz və səylərimiz mövcud səhiyyə və iqtisadi böhranların öhdəsindən gələ biləcəyimizi müəyyən edəcək. ADB bu böhranı fürsətə çevirməlidir. Bununla yanaşı, COVID-19 siyasət cavabları haqqında məlumat mübadiləsini artırmaqla və aşağı gəlirli ölkələrə və həssas qruplara dəstəyi genişləndirmək lazımdır", -  deyə BankınRəhbərlər Şürasının Sədri və Koreya Respublikasının Baş nazirin müavini və İqtisadiyyat və Maliyyə Naziri Hong Nam-Ki əlavə edib.

Rəhbərlər Şürası ADB-nin 2019 ildə adi kapital ehtiyatlarından bank tarixində ən yüksək olan 1,07 milyard ABŞ dolları məbləğində xalis mənfəət ayırmaq barədə qərar qəbul etdi. Bu 2018-ci ilin rekord göstəricisindən 841,4 mln ABŞ dolları çoxdur.

Ayrılan xalis mənfəət aşağıdakı kimi bölüşdürüləcək:

Bu vəsaitin 615,7 milyon ABŞ dolları ADB-nin kapital adekvatlığını dəstəkləmək və xalis gəlir əldə etmək üçün qazanc bazası təmin etmək məqsədi ilə adi ehtiyata, 259,5 milyon ABŞ dolları ADB-nin aşağı gəlirli ölkələrinə qrant ayırmaq üçün yaradılan Asiya İnkişaf Fonduna, 130 milyon ABŞ dolları Texniki Yardım Xüsusi Fonduna ayrılıb. Hansı ki, bu Fond ADB-nin bir sıra texniki dəstək layihələri, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri üçün nəzərdə tutulub.

Bundan əlavə 30 milyon ABŞ dolları Regional Əməkdaşlıq və İnteqrasiya Fonduna, 24 milyon ABŞ dolları İqlim Dəyişməsi Fonduna və 10 milyon ABŞ dolları Asiya-Sakit Okean Fəlakətlərinə Mübarizə Fonduna ayrılması nəzərdə tutulub.

Rəhbərlər Şürası tərəfindən təsdiq edilmiş bankın illik maliyyə hesabatlarına əsasən, ADB-nin adi kapital qaynaqları üzrə ümumi əməliyyat gəlirləri 2018-ci ildə 889 milyon ABŞ dollardan 2019-cu ildə 1,1 milyard ABŞ dollaradək artıb. 2019-cu ilin xalis mənfəəti 2018-ci ildəki 750 milyon ABŞ dollardan yüksələrək 1,55 milyard ABŞ dolları oldu.

ADB aprelin 13-də koronavirusla mübarizə çərçivəsində təsdiqlədiyi 20 milyard ABŞ dollarlıq dəstək paketi ilə üzvlərini dəstəkləməkdə davam edir.

Bank yardımın daha sürətli və çevik çatdırılması üçün əməliyyatların tənzimlənməsi üçün bir sıra tədbirləri təsdiq edib.

1966-cı ildə əsası qoyulan ADB-nin 68 üzvü var.

Son xəbərlər

Orphus sistemi