Bu gün valyuta hərracına 150 mln. dollar çıxarılacaq

Bu gün valyuta hərracına 150 mln. dollar çıxarılacaq Sentyabrın 28-nə dolların rəsmi məzənnəsi 1,6253 manat ola bilər
Maliyyə
531
27 Sentyabr , 2016 10:53
Bu gün valyuta hərracına 150 mln. dollar çıxarılacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçiriləcək. 

Bank dairələrindən "Report"a verilən məlumata görə, hərraca Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 100 mln. dollar, Azərbaycan Mərkəzi Bankı (AMB) isə 50 mln. dollar vəsait çıxaracaq. 

"Report"un analitik qrupu sentyabrın 28-nə AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,6253 olacağını proqnozlaşdırır.

Xatırladaq ki, ötən gün dünən jurnalistlərə açıqlamasında AMB sədri Elman Rüstəmov bundan sonra da hərraclarda kifayət qədər vəsait təklif ediləcəyini və əsassız devalvasiya şayiələrinə yol verilməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi