Bakı. 18 mart. REPORT.AZ/ Bugün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.
"Report"a Fonddan verilən məlumata görə, bu vəsaitdən 34,3 mln. ABŞ dolları məbləğində vəsait 2 banka satılıb.
"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək" -, deyə Fonddan bildirilib.