Bu gün 300 mln. dollar məbləğində vəsait hərraca çıxarılaraq 35 banka satılıb

Bu gün 300 mln. dollar məbləğində vəsait hərraca çıxarılaraq 35 banka satılıb Bu məbləğin 200 mln. dolları Neft Fondu, 100 mln. dolları isə Mərkəzi Bank tərəfindən hərraca çıxarılıb
Maliyyə
172
15 Yanvar , 2016 14:51
Bu gün 300 mln. dollar məbləğində vəsait hərraca çıxarılaraq 35 banka satılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "Report"a verilən məlumata görə, Fond tərəfindən 200 mln. ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 mln. ABŞ dolları, ümumilikdə 300 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 35 banka satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan bildirilib.

Son xəbərlər

Orphus sistemi