Bu gecə Azərbaycanda bank kartlarından istifadədə problem yarana bilər

Bu gecə Azərbaycanda bank kartlarından istifadədə problem yarana bilər Bu gecə saat 02:00-dan 05:30-a qədər “AzeriCard” MMC prosessinq mərkəzi profilaktik tədbirlər həyata keçirəcək.
Maliyyə
3 Fevral , 2020 17:33
Bu gecə Azərbaycanda bank kartlarından istifadədə problem yarana bilər

Bu gecə saat 02:00-dan 05:30-a qədər “AzeriCard” MMC prosessinq mərkəzi profilaktik tədbirlər həyata keçirəcək.

“Report” xəbər verir ki, bununla bağlı şirkətin müştərisi olan banklar plastik kart sahiblərinə müraciət ediblər.

Müraciətdə deyilir ki, həmin tədbirlərlə bağlı bank kartlarından istifadədə problem yarana bilər.

“AzerCard”dan “Report”a xəbəri təsdiq ediblər. 

“Hazırda biz 21 banka məxsus təxminən 2,3 milyon ədəd plastik karta xidmət göstəririk. Bununla belə, müştərilər profilaktik tədbirlərinin aparıldığını hiss etməyə də bilərlər", - prosessinq mərkəzindən bildirilib.

Son xəbərlər

Orphus sistemi