Bakı. 29 dekabr. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC-də “Kapital Bank” ASC-nin yeni səhmlərinin əldə edilməsinə dair insayder əqdi bağlanılıb.
“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası yanında məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, əqd bankın hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd yeni və imtiyazlı səhminin realizə edilməsini nəzərdə tutur.
Qiymətli kağızları “Kapital Bank”ın əsas səhmdarı – “PAŞA Holdinq” MMC əldə edib. Son nəticədə Bankın nizamnamə kapitalı 9,72% və yaxud 20 milyon manat artaraq 225,85 milyon manata yüksəlib.