“BTB Leasing” ötən ili mənfəətlə başa vurub

“BTB Leasing” ötən ili mənfəətlə başa vurub Bakı. 6 iyul. REPORT.AZ/ “BTB Leasing” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2,123 mln. manat təşkil edib.
Maliyyə
6 İyul , 2018 15:12
“BTB Leasing” ötən ili mənfəətlə başa vurub
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ “BTB Leasing” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2,123 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 2,081 mln. manatı lizinq üzrə debitor borclardır.

Ötən ilin sonuna “BTB Leasing” 2,071 mln. manat məbləğində cəmi öhdəliklərə, 52 min manat məbləğində cəmi kapitala malik olub.

2017-ci ildə “BTB Leasing”in əsas əməliyyat gəlirləri 72 min manat, sair əməliyyat gəlirləri 22 min manat, inzibati və kommersiya xərcləri 14 min manat, sair əməliyyat xərcləri isə 52 min manat təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəəti 28 min manat olub.

“BTB Leasing” ötən il 6 min manat mənfəət vergisi ödəyib və ili 22 min manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, "BTB Leasing" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 min manatdır. Şirkətin səhmləri 100% Rəsul Oqtay oğlu Bəşirova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi