“BTB Kapital” investisiya şirkəti nizamnamə kapitalını formalaşdırır

“BTB Kapital” investisiya şirkəti nizamnamə kapitalını formalaşdırır Bakı. 18 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “BTB Kapital İnvestisiya Şirkəti” QSC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.
Maliyyə
18 Aprel , 2018 09:45
“BTB Kapital” investisiya şirkəti nizamnamə kapitalını formalaşdırır

Bakı. 18 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “BTB Kapital İnvestisiya Şirkəti” QSC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir. 

Məlumata görə, emissiya “BTB Kapital”a 350 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək. Bunun üçün hər birinin nominal dəyəri 1 000 manat olan 350 ədəd səhm qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək.

Xatırladaq ki, Vergilər Nazirliyi sözügedən investisiya şirkətini bu il fevralın 15-də dövlət qeydiyyatına alıb. “BTB Kapital” “Bank BTB” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 27-də qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin keçmiş direktoru Ruslan Nazim oğlu Cəfərovdur. 

Son xəbərlər

Orphus sistemi