“BTB Kapital İnvestisiya Şirkəti” mənfəətlə işləməyə başlayıb

“BTB Kapital İnvestisiya Şirkəti” mənfəətlə işləməyə başlayıb Maliyyə qurumu 2020-ci ili 222 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
27 Aprel , 2021 11:53
“BTB Kapital İnvestisiya Şirkəti” mənfəətlə işləməyə başlayıb

“BTB Kapital İnvestisiya Şirkəti” ASC 2020-ci ili 222 min manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu 2019-cu ildən 6 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “BTB Kapital”ın vergiyəqədərki mənfəəti 279 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 57 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “BTB Kapital”ın aktivləri 1,513 milyon manat olub ki, bu da illik müqayisədə 16,45% azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri təxminən 60% və yaxud 2,5 dəfə azalaraq 348 min manata düşüb, balans kapitalı isə 23,55% artaraq 1,165 milyon manata çatıb.

Xatırladaq ki, “BTB Kapital” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. İnvestisiya şirkəti səhmdarı 100% “Bank BTB” ASC-dir.

Son xəbərlər

Orphus sistemi