“BTB Kapital İnvestisiya Şirkəti” nizamnamə kapitalını kəskin artıracaq

“BTB Kapital İnvestisiya Şirkəti” nizamnamə kapitalını kəskin artıracaq “BTB Kapital İnvestisiya Şirkəti” ASC 2018-ci ili zərərlə başa vurmasına münasibət bildirib.
Maliyyə
2 May , 2019 11:17
“BTB Kapital İnvestisiya Şirkəti” nizamnamə kapitalını kəskin artıracaq

“BTB Kapital İnvestisiya Şirkəti” ASC 2018-ci ili zərərlə başa vurmasına münasibət bildirib.

Bu barədə “Report”a şirkətin direktoru Ruslan Cəfərov açıqlama verib.

“BTB Kapital” ötən ilin əvvəlində yaradılsa da, Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyanı ilin sonuna yaxın alıb. Yəni, investisiya şirkəti əməliyyatlar aparmağa və gəlir əldə etməyə ilin sonunda başlayıb, amma lisenziya alana qədər müəyyən xərclər olub, işçilərə əmək haqqı ödənilib, odur ki, ili zərərlə başa vurmağımız təbiidir”, - deyə o, qeyd edib.

R.Cəfərovun sözlərinə görə, "BTB Kapital"ın hədəfləri böyükdür: “Bu hədəflərə çatmaq üçün investisiya şirkətinin nizamnamə kapitalının 250 min manat və yaxud 71,4% artırılaraq 350 min manatdan 600 min manata çatdırılması nəzərdə tutulub. Kapital artımı ilə bağlı işlər bu ay yekunlaşdırılacaq. Əlavə vəsaiti yeganə səhmdarımız olan “Bank BTB” ASC təmin edəcək". 

Son xəbərlər

Orphus sistemi