“BTB Kapital İnvestisiya Şirkəti”nin aktivləri 6 dəfə artıb

“BTB Kapital İnvestisiya Şirkəti”nin aktivləri 6 dəfə artıb “BTB Kapital İnvestisiya Şirkəti” ASC 2019-cu ili 6 min manat zərərlə başa vurub.
Maliyyə
29 iyun 2020 08:15
“BTB Kapital İnvestisiya Şirkəti”nin aktivləri 6 dəfə artıb

“BTB Kapital İnvestisiya Şirkəti” ASC 2019-cu ili 6 min manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 88% azdır.

Ötən il “BTB Kapital”ın vergiyəqədərki zərəri 9 min manat (86% az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 3 min manat (80% az) təşkil edib.

Bu il yanvarın 1-nə “BTB Kapital”ın aktivləri 1,8 milyon manat olub ki, bu da illik müqayisədə 6 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri təxminən 170 dəfə artaraq 869 min manata, balans kapitalı isə 3,15 dəfə artaraq 943 min manata, o cümlədən nizamnamə kapitalı 2,9 dəfə artaraq 1 milyon manata çatıb.

Xatırladaq ki, “BTB Kapital” 2018-ci ildə yaradılıb. İnvestisiya şirkəti səhmdarı 100% “Bank BTB” ASC-dir. 

Son xəbərlər

Orphus sistemi