Britaniya klirinq mərkəzi statusunu Avropaya uduza bilər

Britaniya klirinq mərkəzi statusunu Avropaya uduza bilər Britaniya digər Aİ ölkələrinin cəmindən daha çox avro ilə klirinq əməliyyatı keçirir
Maliyyə
14 İyun , 2017 14:02
Britaniya klirinq mərkəzi statusunu Avropaya uduza bilər

Bakı. 14 iyun. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) "Brexit" prosesi ilə əlaqədar Böyük Britaniyanın klirinq palatalarına Avropaya köçməyi təklif edib. 

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu, Britaniya iqtisadiyyatına ciddi zərbə vura bilər. Belə ki, 2016-cı ildə Britaniyanın klirinq palatalarının ancaq faiz törəmə (derivative) alətləri üzrə əməliyyatların gündəlik həcmi 1,18 trln. ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, klirinq palataları alıcı ilə satıcı arasında xammal və törəmə maliyyə alətləri üzrə əməliyyatları həyata keçirərək tərəflərin ödəmə qabiliyyətində problem yarandıqda bu əməliyyatlara zəmanət verir. Bu biznes London üçün çox qiymətlidir. Klirinq palataları ölkəyə trilyonlarla vəsaitin cəlb edir. Beynəlxalq Hesablaşmalar Bankının (BIS) məlumatına görə, Britaniya klirinq əməliyyatlarının həcminə görə ABŞ-dan sonra dünya ikincisidir.

Ölkədə açıqlanan statistik məlumata əsasən, Böyük Britaniya avro törəmə alətləri ilə bütün digər Aİ ölkələrinin cəmindən artıq həcmdə əməliyyat aparır.

Son xəbərlər

Orphus sistemi