"Bridgewater Associates": İstiqraz bazarı 1981-dən sonra ən ağır böhrana yaxınlaşır

"Bridgewater Associates": İstiqraz bazarı 1981-dən sonra ən ağır böhrana yaxınlaşır FED-in faizləri 1 faiz bəndi artırması, istiqraz sahiblərinə 1,2-2,4 trln. dollar zərər vura bilər
Maliyyə
25 Yanvar , 2018 10:55
Bridgewater Associates: İstiqraz bazarı 1981-dən sonra ən ağır böhrana yaxınlaşır

Bakı. 25 yanvar. REPORT.AZ/ Qlobal istiqraz bazarını son 40 ilin ən genişmiqyaslı böhranı gözləyir. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı dünyanın ən iri hedc fondlarından biri olan "Bridgewater Associates"in təsisçisi Rey Dalio (Ray Dalio) Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda "Bloomberg" agentliyinə müsahibəsində deyib.

O bildirib ki, hazırda "ideal vəziyyət" yaranıb: "İnflyasiya problem yaratmır, iqtisadi artım yaxşıdır. Amma gərək xatırlayaq ki, iqtisadi tsiklin hansı mərhələsindəyik. Fikrimcə, iqtisadiyyat son mərhələsindədir. İqtisadi gücə yüklənmələr və işsizlik səviyyəsinə diqqət etmək lazımdır. Qlobal qitisadiyyat daha bir neçə il vergi islahatı kimi qısamüddətli stimullaşdırmalar hesabına inkişaf edə bilər". 

Bu mərhələdə R.Dalio mərkəzi mankların monetar siyasətlərini sərtləşdirəcəklərini, yəni uçot dərəcəsini artıracaqlarını gözləyir. Onun fikrincə, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması gözlənildiyindən sürətlə baş verəcək: "Tarix göstərir ki faizlər, gəlir əyrisində nəzərdə tutulandan tez artırıldıqda, aktivlərin qyimətinə mənfi təsir edir. Bu da nəinki istiqrazlara, bütün aktivlərə təsir göstərəcək". 

R.Dalio həmçinin bildirib ki, uçot dərəcəsinin 1% artırılması investorlara 1,2 trln. dolar, "Goldman Sachs"a isə 2,4 trln. dollar zərər vuracaq.

Son xəbərlər

Orphus sistemi