"Brexit"in reallaşdırılması ləngiyə bilər

"Brexit"in reallaşdırılması ləngiyə bilər Avropa İttifaqının Böyük Britaniya ilə danışıqlara başlaması asan deyil
Maliyyə
9 İyun , 2017 16:53
Brexitin reallaşdırılması ləngiyə bilər

Bakı. 9 iyun. REPORT.AZ/ Böyük Britaniyada ötən gün keçirilmiş parlament seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, hazırkı baş nazir olan Tereza Meyin mühafizəkarlar partiyasının səs çoxluğunu itirməsi "Brexit" reallaşdırılması prosesinə mənfi təsir edə bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, seçkilərdən sonra yaranacaq qeyri-müəyyən hökumətlə Avropa İttifaqının (Aİ) danışıqlar aparması çətinləşəcək. 

Xatırladaq ki, 2016-cı ilin iyununda baş tutmuş referendumda Aİ-dən çıxmaq qərarı verən Böyük Britaniya bu prosesə rəsmi olaraq bu ilin martında başlayıb. Aİ-ni tərketmə məsələsinin 2 il çəkəcəyi bildirilir. Rəsmi Brüssel danışıqlara iyunun 19-da başlamaq istəsə də, dünənki seçkilərin nəticələri buna imkan verməyə bilər. Çünki Aİ danışıqların başlaması üçün yaxın 3-4 ildə Britaniya hökumətinin tərkibini və məqsədini bilmək istəyəcək. Bu səbəbdən "Brexit" məsələsi uzana bilər. Amma bunun üçün Aİ-yə üzv 27 ölkənin razılığı olmalıdır. 

Analitiklər "Brexit"in ləğv olunma ehtimalının az olduğunu, amma imkansız olmadığını bildirir. Lakin belə bir qərar həm mühafizəkarları, həm də işçi partiyasını məhv edə bilər. Buna görə də, hazırda ən yaxşı variant kimi daha kompromiss şərtlərlə Aİ-ni tərk etmək hesab olunur. 

"Report"un analitik qrupu orta müddətli perspektivdə funt sterlinqin möhkəmlənməyə başlayacağını və USD/GBP nisbətinin 1,35-ə qədər yüksələcəyini bildirir. 

Son xəbərlər

Orphus sistemi