Braziliya Mərkəzi Bankı ölkədəki iqtisadi çöküşün qarşısını almaq üçün uçot dərəcəsini 0,75% bəndi azaldaraq 3%-dən 2,25%-ə endirib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı qurumun Pul Siyasəti Komitəsi qərar qəbul edib.
Məlumata görə, bu, ölkənin tarixində uçot dərəcəsinin minimum həddidir.