Böyük Britaniyada bank sistemi "Open Banking" mərhələsinə daxil olur

Böyük Britaniyada bank sistemi "Open Banking" mərhələsinə daxil olur Yeni sistem rəqabəti artıracaq
Maliyyə
13 Mart , 2018 12:07
Böyük Britaniyada bank sistemi Open Banking mərhələsinə daxil olur

Bakı. 13 mart. REPORT.AZ/ Böyük Britaniyanın nüfuzlu "HSBC" bankı dünyada ilk dəfə müştərilərin öz hesablarını bir nöqtədən idarə edə bilməsinə imkan yaradacaq "Connected Money" adlı əlavəsini istifadəyə verməyə hazırlaşır. Bu yenilik aprel-may aylarına gözlənilir. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, "HSBC"nin bu addımı atmasına bank sektorunda rəqabəti artıracaq yeni tənzimləmələrin qəbul edilməsi şərait yaradıb.

Bu ilin əvvəlindən Böyük Britaniyada "Open Banking" adlı yeni bankçılıq qaydaları qüvvəyə minib. Bu qaydalara əsasən, banklar müştərilərin icazəsi ilə üçüncü tərəfə informasiya ötürə bilərlər.  Son nəticədə banklar texnologiya və yaxud pərakəndə satış şirkətlərinə müştərilərinə daha uyğun xidmətlər göstərməyə imkan yaradacaq. 

"HSBC"i əlavəsində müştərilərə rəqəmsal xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə istehlak xərclərini təhlil etməyə imkan verən funksiya olacaq. 

Son xəbərlər

Orphus sistemi