Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər

Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər Bakı. 15 oktyabr. REPORT.AZ/ Böyük Britaniya və Rusiya zərurət yaranarsa, qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina edə bilər.
Maliyyə
15 Oktyabr , 2018 16:15
Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Böyük Britaniya və Rusiya zərurət yaranarsa, qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina edə bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rəsmi Moskvanın Londondakı ticarət nümayəndəsi Boris Abramov bildirib. 

Onun sözlərinə görə, iki ölkənin ödəniş üçün funt sterlinq və rubla keçməsi üçün lazımi infrastruktur var: "İngilis funt sterlinqi dollar və avro kimi sərbəst konvertasiya olunan valyutadır. Rusiya şirkətləri üçün yerli və yaxud xarici banklarda funtla hesab açmaq asandır”.

Rusiya rəsmisi həmçinin bildirib ki, Böyük Britaniya ilə ticarət dialoqu 2014-cü ildən bəri ilk dəfə bərpa edilib: "İki ölkənin sanksiya tətbiq olunmayan sahələrdə maraqları eynidir və əməkdaşlıq etməyə hazırıq". 

Son xəbərlər

Orphus sistemi