Böyük Britaniya funtu son 2,5 ayda ən yüksək həddinə çatıb

Böyük Britaniya funtu son 2,5 ayda ən yüksək həddinə çatıb Koronavirusdan Oksford dərmanının uğurlu sınaqlarına dair xəbərlərdən sonra Böyük Britaniya funtunun məzənnəsi son iki ayyarımın ən yüksək həddinə çatıb.
Maliyyə
244
23 Noyabr , 2020 18:16
Böyük Britaniya funtu son 2,5 ayda ən yüksək həddinə çatıb

Koronavirusa qarşı Oksford peyvəndinin uğurlu sınaqlarına dair xəbərlərdən sonra Böyük Britaniya funtunun məzənnəsi son iki ay yarımın ən yüksək həddinə çatıb.

“Report” xəbər verir ki, bu gün keçirilən hərraclarda funtun ABŞ dollarına qarşı məzənnəsi 0,59 faiz artaraq 1,336 ABŞ dollarına çatıb. Hərrac əsnasında məzənnə 1,3377-dək yüksəlib.

Qeyd edək ki, “Astra Zeneca” şirkəti və Oksford Universiteti tərəfindən hazırlanmış “ChAdOx1 nCov-19” adlı peyvəndin sınaqları zamanı səmərəsi orta hesabla 70,4 faiz həcmində dəyərləndirilib.

Son xəbərlər

Orphus sistemi