“Boeing” 6 rüblük fasilədən sonra ilk dəfə mənfəət əldə edib

“Boeing” 6 rüblük fasilədən sonra ilk dəfə mənfəət əldə edib ABŞ-ın təyyarə istehsalçısı - “Boeing” korporasiyası 2019-cu ilin III rübündən bəri ilk dəfə bu ilin II rübündə 567 milyon dollar xalis mənfəət əldə edib.
Maliyyə
28 İyul , 2021 17:32
“Boeing” 6 rüblük fasilədən sonra ilk dəfə mənfəət əldə edib

ABŞ-ın təyyarə istehsalçısı - “Boeing” korporasiyası 2019-cu ilin III rübündən bəri ilk dəfə bu ilin II rübündə 567 milyon dollar xalis mənfəət əldə edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, şirkət ötən ilin eyni dövründən 2,4 milyard dollar zərərlə çıxıb.

2021-ci ilin aprel-iyun aylarında "Boeing" 16,72 milyard dollarlıq proqnoza qarşı 16,99 milyard dollar gəlir əldə edib. Bu isə illik müqayisədə 44% çoxdur.

Son xəbərlər

Orphus sistemi