Azərbaycanda kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru daha da sadələşdirilib

Azərbaycanda kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru daha da sadələşdirilib Bakı. 22 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə vergi ödəyicilərinin sayı 970 340 nəfərə çatıb.
Maliyyə
551
22 Yanvar , 2019 13:35
Azərbaycanda kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru daha da sadələşdirilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə vergi ödəyicilərinin sayı 970 340 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib. Nazir lik rəsmisi bildirib ki, bunların 125 min 144-ü hüquqi şəxs, 845 196-sı isə fiziki şəxsdir: “Bilirsiniz ki, kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına alınması Azərbaycan Vergilər Nazirliyinə tapşırılıb. Əvvəllər bu yalnız "bir pəncərə" sistemi ilə həyata keçirilirdi. 2012-ci ildən isə biz həm də elektron şəkildə hüquqi şəxsləri qeydiyyata almağa başladıq. Təkcə onu deyim ki, ötən il 11 min kommersiya hüquqi şəxs qeydiyyata alınıb ki, onların da 70%-i elektron şəkildə həyata keçirilib".

Ə.Məmmədov kommersiya hüquqi şəxslərin qeydiyyatı prosedurunun daha da sadələşdirildiyini qeyd edib: "Bilirsiniz ki, bir müddət əvvəl “Doing Business 2019” hesabatı açıqlandı. Bu hesabatda "biznesə başlama" indikatoru üzrə biz 18-ci pillədən 9-cu pilləyə qalxmışıq. 2019-cu ilə qədər 3,5 günə 3 prosedur həyata keçirməklə biznesə başlamaq olurdu. Hazırda bu prosedurların sayını 1-ə endirilib. Yəni, artıq FİN kod vasitəsi ilə heç bir “Asan imza”, yaxud “Elektron imza” almadan qeydiyyat həyata keçiriir. Lakin vergi ödəyicisi olmaq istəyən şəxslər, eyni zamanda, həm də “Asan imza” və “elekton imza” vasitəısilə də qeydiyyata alına bilirlər".

Son xəbərlər

Orphus sistemi