Bitkoinin qiyməti ilk dəfə 24 min ABŞ dollarını keçib

Bitkoinin qiyməti ilk dəfə 24 min ABŞ dollarını keçib ​​​​​​​Bitkoin tarixi maksimumunu yeniləyib.
Maliyyə
693
21 Dekabr , 2020 12:23
Bitkoinin qiyməti ilk dəfə 24 min ABŞ dollarını keçib

Bitkoin tarixi maksimumunu yeniləyib. Ticarət zamanı kriptovalyutanın dəyəri 24 min ABŞ dollarından yuxarı qalxıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu 20 birja üzrə orta bitkoin qiymətini hesablayan “CoinMarketCap”ın məlumatları göstərir.

Bakı vaxtı ilə saat 01:24-ə olan məlumata görə, bitkoinin məzənnəsi 23,738 min ABŞ dollarına düşüb. Amma yeddi gün ərzində kriptovalyuta 24% dəyər qazanıb. İndi bitkoin də daxil olmaqla, kriptovalyutaların əsas məzənnələri bir qədər azalır. Bir həftə ərzində “Ethereum” 9,87% (645 ABŞ dolları), XRP isə 10,74% (0,57 ABŞ dolları) həcmində artıb.

Virtual valyutanın dəyərindəki sürətli artım dolların zəifləməsi, institusional və iri özəl investorların kriptoaktivlərə tələbatının artması fonunda baş verir.

Son xəbərlər

Orphus sistemi