Bitkoinin qiyməti 66 min dolları keçib

Bitkoinin qiyməti 66 min dolları keçib Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 66 min ABŞ dollarını keçib.
Maliyyə
8 Noyabr , 2021 11:38
Bitkoinin qiyməti 66 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 66 min ABŞ dollarını keçib.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 6,67 %, son 7 gün ərzində isə 6,19 % bahalaşaraq 66,04 min ABŞ dollarına çatıb.

Nəticədə onun bazar kapitallaşması 1,24 trilyon ABŞ dollarını keçib.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 4 % artaraq 4,74 min ABŞ dolları olub.

Kriptovalyuta bazarının toplam dəyəri 2,86 trilyon ABŞ dollarını keçib.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 11:30-a olan məlumatları aşağıdakı kimidir.

Son xəbərlər

Orphus sistemi