Bitkoinin məzənnəsi yeni rekorda yüksəlib

Bitkoinin məzənnəsi yeni rekorda yüksəlib Virtual kriptovalyutanın mübadilə məzənnəsi 4 min ABŞ dollarını keçib
Maliyyə
14 Avqust , 2017 10:02
Bitkoinin məzənnəsi yeni rekorda yüksəlib

Bakı. 14 avqust. REPORT.AZ/ Bitkoin virtual kriptovalyutasının mübadilə məzənnəsi 4 min ABŞ dollarını keçib.

Bu barədə “Report” “Coinmarketcap” ticarət meydançasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, bitkoinin məzənnəsi 4 073,85 dollar təşkil edib ki, bu da gündəlik 11,8% artım deməkdir.

Qeyd edək ki, bitkoinin kapitallaşması 67,2 mlrd. dollar təşkil edir. Hazırda dövriyyədə 16,5 mln. bitkoin var.

Avqustun 1-dən bitkoin 2 hissəyə bölünüb. Dövriyyəyə onun nağd forması - “Bitcoin Cash” (BCH) buraxılıb. Hazırda 1 BCH 314 dollara bərabərdir. 

Son xəbərlər

Orphus sistemi