Bitkoinin məzənnəsi artdı

Bitkoinin məzənnəsi artdı Bu gün ən geniş yayılan kriptovalyuta olan bitkoinin məzənnəsi qısamüddətli azalmadan sonra xeyli artıb.
Maliyyə
4 Dekabr , 2020 14:35
Bitkoinin məzənnəsi artdı

Bu gün ən geniş yayılan kriptovalyuta olan bitkoinin məzənnəsi qısamüddətli azalmadan sonra xeyli artıb.

“Report” “CoinMarket Cap”a istinadən xəbər verir ki, 20-dən çox birjanın orta rəqəmlərinə görə, bu gün Bakı vaxtı ilə saat 09.39-da bitkoin 1,33 faiz bahalaşaraq 19.294 ABŞ dollarından, “Binance” kripto valyutalar birjasında isə 1,91 faiz bahalaşaraq 19.281 dollardan satılıb.

Xatırladaq ki, kriptovalyuta bazarında 62,4 faizlik paya malik olan bitkoin 30 noyabr hərraclarıda xeyli bahalaşaraq 19.694 dollarlıq həddə çatandan sonra artımı bir qədər səngimişdi.

“Ötən gün ərzində bitkoin 1,1 faiz bahalaşaraq 19.400 dollara çatdı. Hazırda qiymət təmərküzləşməsi davam edir, bunun aşağı həddi 18.300 dollar, yuxarı həddi 19.400 dollardır. Hazırkı trend nəzərə alınsa, yaxın günlərdə bitkoinin sürətlə bahalaşmasını gözləmək olar”, – müstəqil ekspert Mənsur Hüseynov “RİA Novosti”yə bildirib.

Son xəbərlər

Orphus sistemi