Bitkoinin məzənnəsi 2018-ci ildən bəri ilk dəfə 14 min dolları keçdi

Bitkoinin məzənnəsi 2018-ci ildən bəri ilk dəfə 14 min dolları keçdi Rəqəmsal valyutanın dəyəri təxminən 5% artıb
Maliyyə
31 Oktyabr , 2020 17:50
Bitkoinin məzənnəsi 2018-ci ildən bəri ilk dəfə 14 min dolları keçdi

2018-ci ilin yanvar ayından bu yana ilk dəfə bitkoinin məzənnəsi 14 min ABŞ dolları səviyyəsini keçib. Rəqəmsal valyutanın dəyəri təxminən 5% artıb.

“Report” xəbər verir ki, bunu “CoinMarketCap” portalının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 14:19-a olan məlumata görə, bitkoinin qiyməti 5,46% artaraq 13 900 ABŞ dolları olub. Amma ara-sıra qiymət 14 min ABŞ dolları səviyyəsini aşıb.

Daha əvvəl ABŞ prezidentliyinə namizədlərin pandemiyanın nəticələrini aradan qaldırmaq üçün 1,2-2,2 trilyon ABŞ dolları ayıracaqları ilə bağlı vədlər verməsinin bitkoinə olan tələbatı artırdığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi