Bitkoin son 34 ayın maksimumunadək bahalaşıb

Bitkoin son 34 ayın maksimumunadək bahalaşıb ABŞ-da keçirilən prezident seçkisində məntəqələr bağlandıqdan sonra – Bakı vaxtı ilə noyabrın 4-nə keçən gecə bitkoin 14 min ABŞ dolları səviyyəsini keçib.
Maliyyə
4 Noyabr , 2020 12:38
Bitkoin son 34 ayın maksimumunadək bahalaşıb

ABŞ-da keçirilən prezident seçkisində məntəqələr bağlandıqdan sonra – Bakı vaxtı ilə noyabrın 4-nə keçən gecə bitkoin 14 min ABŞ dolları səviyyəsini keçib.

“Report” xəbər verir ki, bu,“CoinDesk”in məlumatlarında qeyd olunub.

Belə ki, Bakı vaxtı ilə saat 03:44-ə olan məlumatda bitkoinin 2% bahalaşaraq 14,06 min ABŞ dollarına çatdığı bildirilib.

Bundan əvvəl kriptovalyuta oktyabrın 31-də qısa müddətdə 14 min ABŞ dolları səviyyəsinə yüksəlmişdi. Hazırkı səviyyə isə son dəfə 34 ay əvvəl - 2018-ci ilin yanvar ayının ortalarında müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi