Bitkoin psixoloji həddi keçdi

Bitkoin psixoloji həddi keçdi Ən çox istifadə olunan kripto valyuta olan bitkoin bu günkü hərraclarda bahalaşaraq 16 min dollarlıq psixoloji həddi keçib.
Maliyyə
12 Noyabr , 2020 16:29
Bitkoin psixoloji həddi keçdi

Ən çox istifadə olunan kriptovalyuta olan bitkoin bugünkü hərraclarda bahalaşaraq 16 min dollarlıq psixoloji həddi keçib.

“Report” “Coin MarketCap”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 13:56-ya olan vəziyətə görə, 20-dən artıq birjadakı hərraclarda bitkoin 3,45 faiz bahalaşaraq 15.923 ABŞ dollarından satılıb.

Həmçinin ən böyük kriptovalyuta birjası olan “Binance”də bitkoin 4,21 faiz bahalaşaraq 16 076 ABŞ dollarından satılıb. Bununla da 2018-ci ilin 8 yanvar tarixindən bu yana ilk dəfə bitkoin 16 000 dollarlıq psixoloji həddi aşdı.

Qeyd edək ki, hazırda kriptovalyutalar bazarının 64,6 faizi bitkoinin payına düşür.

Son xəbərlər

Orphus sistemi