Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 44 min ABŞ dollarından aşağı düşüb.
Maliyyə
6 Yanvar , 2022 09:33
Bitkoin kəskin ucuzlaşıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 44 min ABŞ dollarından aşağı düşüb.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 6,79 % ucuzlaşaraq 43,17 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 816,29 milyard ABŞ dolları həddində qərarlaşıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 8,81 % azalaraq 3,47 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Solana”dır.

Kriptovalyuta bazarının toplam dəyəri 2,05 trilyon ABŞ dollarına düşüb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 9:25-ə olan məlumatları aşağıdakı kimidir.

İngilis versiyası Bitcoin value falls sharply

Son xəbərlər

Orphus sistemi