Bitkoin ilə 27 min dollar dəyərində ticarət edilir

Bitkoin ilə 27 min dollar dəyərində ticarət edilir Bitkoin ümumi qlobal kriptovalyuta bazarının, təxminən, 69,3%-ni təşkil edir.
Maliyyə
28 Dekabr , 2020 13:30
Bitkoin ilə 27 min dollar dəyərində ticarət edilir

Bitkoin bazar günü tarixi maksimumunu yenilədikdən sonra bazar ertəsi bir qədər dəyərsizləşib və onunla 27 min ABŞ dolları səviyyəsində ticarət edilir.

“Report” “Prime”a istinadən xəbər verir ki, 20-dən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoin 1,1% ucuzlaşaraq 27 115 ABŞ dollarına, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 1,91% dəyər itirərək 27 109 ABŞ dollarına düşüb.

Bitkoin ümumi qlobal kriptovalyuta bazarının, təxminən, 69,3%-ni təşkil edir.

Qeyd edək ki, keçən həftə bitkoinin qiyməti ardıcıl olaraq bir neçə tarixi maksimumu yeniləyib – əvvəlcə 25 min, ardından 26 min, ən sonda da 27 min ABŞ dolları səviyyəsini aşıb. Bazar günü isə bitkoinin qiyməti 28 min ABŞ dollar səviyyəsini aşıb və bütün zamanların ən yüksək səviyyəsinə - 28 395 ABŞ dollarına çatıb.

Son xəbərlər

Orphus sistemi