"Bitcoin"in yaradıcısı zənginlərin TOP-50 siyahısına düşüb

"Bitcoin"in yaradıcısı zənginlərin TOP-50 siyahısına düşüb Bakı. 19 dekabr. REPORT.AZ/ Bitcoin kriptovalyutasının yaradıcısı olan Satoşi Nakamoto ləqəbi ilə tanınan şəxs (və ya bu bir qrup şəxs) dünənki hərracların nəticəsinə əsasən, 19,4 mlrd. ABŞ dolları sərvəti ilə dünyanın ən zəngin 44-cü işadamı olub.
Maliyyə
116
19 Dekabr , 2017 14:20
Bitcoinin yaradıcısı zənginlərin TOP-50 siyahısına düşüb
AP/ Damian Dovarganes

Bakı. 19 dekabr. REPORT.AZ/ "Bitcoin" kriptovalyutasının yaradıcısı olan Satoşi Nakamoto ləqəbi ilə tanınan şəxs (və ya bu bir qrup şəxs) dünənki hərracların nəticəsinə əsasən, 19,4 mlrd. ABŞ dolları sərvəti ilə dünyanın ən zəngin 44-cü işadamı olub.

"Report" xəbər verir ki, bu barədə "Marketwatch" maliyyə informasiyaları şirkəti məlumat yayıb.

Şaiyələrə görə, S.Nakamotonun 980 min ədəd bitkoini var. "Bitcoin"in qiyməti bazar günü keçirilən hərraclarda 20 000 dollar səviyyəsini ötüb, hazırkı qiyməti isə 19 000 dollar təşkil edir.

Qeyd edək ki, oktyabr ayında "Bitcoin"in qiyməti 6 000 dollar olub və Nakamoto o zaman "Forbes" jurnalının ən zəngin insanları siyahısında 250-ci yerə yaxın mövqedə qərarlaşmışdır.

Son xəbərlər

Orphus sistemi