"Bitcoin" 19% ucuzlaşıb

"Bitcoin" 19% ucuzlaşıb Bazarın kapitallaşması 515 mlrd. dollara qədər geriləyib
Maliyyə
22 Dekabr , 2017 09:39
Bitcoin 19% ucuzlaşıb

Bakı. 22 dekabr. REPORT.AZ/ "Bitcoin"in qiyməti bu gün keçirilən hərraclarda 3 300 dollar və ya 19%-dən çox azalaraq 13 722 dollara qədər geriləyib. "Report" "Coinmarketcap.com" saytına istinadən xəbər verir ki, "Bitcoin" dünən 17 000 dollardan baha satılıb. "Bitcoin"in qiymətinin tarixi rekord həddi isə dekabrın 17-də (20 001,5 dollar) qeydə alınıb.

Kriptovalyuta bazarının əsas valyutası olan və bazar kapitallaşmasının 44%-nə sahib "Bitcoin"in ucuzlaşması məcmu kriptovalyuta bazarının kapitallaşmasının 515 mlrd. dollara qədər azalmasına səbəb olub. Xatırladaq ki, dünən kriptovalyuta bazarının kapitallaşması 640 mlrd. dollardan yuxarı olub.

Hazırda "Bitcoin"in qiyməti 14 700 dollar, kriptovalyuta bazarının kapitallaşması isə 556 mlrd. dollar təşkil edir. Kriptovalyutaların ucuzlaşması davam edə bilər. 

İngilis versiyası Bitcoin price drops by 19%
Orphus sistemi