Birjalarda qızılın qiyməti cüzi artıb

Birjalarda qızılın qiyməti cüzi artıb İnvestorlar Federal Ehtiyatlar Sisteminin (FES) ABŞ-ın gələcək monetar siyasəti ilə bağlı qərarını gözlədikləri bir zamanda qızıl cüzi bahalaşıb
Maliyyə
24 Yanvar , 2022 10:39
Birjalarda qızılın qiyməti cüzi artıb

İnvestorlar Federal Ehtiyatlar Sisteminin (FES) ABŞ-ın gələcək monetar siyasəti ilə bağlı qərarını gözlədikləri bir zamanda qızıl cüzi bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,29%, yaxud 5,35 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 787,55 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti 0,35% artaraq, 1 unsiyası 24,235 ABŞ dolları təşkil edib.

Qiymətli metal bazarında müşahidə olunan müsbət dinamikanı investorların ABŞ FES-in iclası öncəsi sığınacaq aktivlərə üstünlük verməsi şərtləndirir. Bu iclasdan sonra monetar siyasətin uçot dərəcəsinin artırılması ilə necə sərtləşdiriləcəyi məlum olmalıdır.

İngilis versiyası Gold prices rise over 5%

Son xəbərlər

Orphus sistemi